Mariya Şarapova qayıdır

Digər
25 Aprel 2017 - 09:05


Mariya Şarapova uzun müddətdən sonra kortlara qayıdır.

 

Supersport.Az xəbər verir ki, ötən il yanvarın 26-da istifadəsi qadağan olan “mildronat” maddəsindən istifadə etdiyi üçün 15 aylıq cəza alan Şarapovanın cəza müddəti başa çatır. Rusiyalı roketka ustası xüsusi Ştuttqart Açıq turnirində iştirak edəcək.

 

Şarapova turnir çərçivəsində ilk oyununu sabah, italiyalı Roberta Vinçiyə qarşı keçirəcək.

Digər xəbərlər