Xəzərdən başlayan səyahət Mingəçevirdə - Foto

Xəzərdən başlayan səyahət Mingəçevirdə - Foto
İslamiada-2017, Digər
24 Aprel 2017 - 21:58





IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şəmkirdən sonra növbəti ünvanı Mingəçevir şəhəri oldu. Mingəçevir şəhərində su səyahətinə Kür çayından su götürülməklə start verilib.

Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov İslamiadanın misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə doldurublar. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında "Domestic Grassroots" proqramı çərçivəsində Mingəçevir şəhər Kür Olimpiya Tədris İdman mərkəzində daha bir möhtəşəm layihə, "Sport joys – Regional idman tədbiri" həyata keçirilib. Tədbirin qonaqları arasında 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev də olub.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlayan səyahətin növbəti dayanacağı 25 aprel tarixində Qax rayonu olacaq.


Digər xəbərlər