Reynaldo ehtiyatda

Reynaldo ehtiyatda
Futbol
24 Aprel 2017 - 20:43
Supersport.Az-ın məlumatına görə, bu gün Türkiyə Superliqasının 28-ci turunda lider son pillədə qərarlaşan komandanı sınağa çəkəcək.

"Beşiktaş" "Adanaspor"u qəbul edəcək. Lider komandanın və çempionatın ən məhsuldar futbolçusu Cenk Tosun (17 qol) cəzalı olduğundan bu oyunu buraxacaq. Qarşılaşma Bakı vaxtıilə saat 21:00-da başlanacaq.

Türkiyə mətbuatı qarşılaşma üçün təxmini start heyətində Reynaldonun olduğunu qeyd etsə də, braziliyalı futbolçu ehtiyatda saxlanılıb.

"Beşiktaş": Fabri, Gökhan, Marselo, Toşiç, Bek, Atiba, Oğuzxan, Adriano, Talişka, Babel, Abubakar.

Baş məşqçi: Şenol Günəş

"Adanaspor": İtandye, Ramos (K), Digao, Didi, Dinis, Renan, Tevfik, Koman, Roni, Magaye, Viniçius.

Baş məşqçi: Eyüp Arın

 

 

Digər xəbərlər