Rauf Ozobiçə çatdı

Rauf Ozobiçə çatdı
Futbol
24 Aprel 2017 - 18:52
Premyer Liqanın bombardirlər siyahısında dəyişiklik olub.

Supersport.Az-ın xəbərinə görə, "İnter"in hücumçusu Rauf Əliyev siyahıya başçılıq edən "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçə şərik olub.

Millimizin üzvü Topaz Premyer Liqanın 27-ci turunda "Qəbələ" ilə bugünkü görüşdə (3:4) dubl edərək qol sayını 11-ə çatdırıb.

Qeyd edək ki, "Qəbələ"nin xorvatiyalı futbolçusu 11 qolu 27, Rauf Əliyev isə 25 oyunda vurub. Bundan başqa, Əliyev bütün qolları oyun epizodundan vurubsa, Ozobiç 2 dəfə penaltidən fərqlənib.

Digər xəbərlər