Eksklüziv - "Qarabağ"ın Çempionlar Liqası planı

Eksklüziv - "Qarabağ"ın Çempionlar Liqası planı
Futbol, Eksklüziv
25 Aprel 2017 - 19:09
Supersport.Az-a beşqat ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı məlum olub.

Ağdam klubu mövsüm başa çatdıqdan sonra istirahətə yollanacaq. Mayın 5-də ölkə kubokunun finalında "Qəbələ" ilə qarşılaşmadan sonra "Qarabağ" futbolçularına dincəlmək izni verəcək. 10 günlük istirahət verməsi gözlənilən beşqat ölkə çempionu, bundan sonra Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirməyi planlaşdırıb.

"Qarabağ" hazırlıq vaxtı heyətini gücləndirəcək, yoxlama oyunları keçirəcək.

 

Digər xəbərlər