Çempionlar Liqasında ilk: Ronaldo 100-cü qolu vurdu

Çempionlar Liqasında ilk: Ronaldo 100-cü qolu vurdu
Futbol
19 Aprel 2017 - 00:02
Supersport.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu Çempionlar Liqası tarixində daha bir uğura imza atıb.

"Bayern"lə qarşılaşmada "Real Madrid"in ulduzu Kriştiano Ronaldo "het-trik" edib, turnirdə 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Futbolçu Çempionlar Liqasında 6-cı dəfə bir oyunda 3 qol vurub.

"Real Madrid" kaptanı Serxio Ramos 100-cü matçını keçirib və bunu bacaran 30-cu futbolçu olaraq tarixə düşüb.

İspaniya klubunun rəsmi oyunlarda qol vurmaq seriyası 55 matça çatıb.

Digər xəbərlər