“Raquf Orucov Kuboku” turniri keçiriləcək

“Raquf Orucov Kuboku” turniri keçiriləcək
Digər, Cüdo
17 Aprel 2017 - 22:45
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə aprelin 20-də 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında beynəlxalq turnir keçiriləcək.

Supersport.Az xəbər verir ki, turnir aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbçilərimizin əziz xatirəsinə həsr edilib.

“Raquf Orucov Kuboku” turnirində Azərbaycan ilə yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları da iştirak edəcəklər.

Turnir Bakı İdman Sarayında təşkil olunacaq.

Digər xəbərlər