Ansi Aqolli: "Hədəfimiz kuboku da qazanmaqdır"

Ansi Aqolli: "Hədəfimiz kuboku da qazanmaqdır"
Futbol, Eksklüziv
17 Aprel 2017 - 10:48
Azərbaycan Premyer Liqasının XXVI turunda "İnter"ə 3-0 hesabı ilə qalib gələrək çempionluğu təmin edən "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Supersport.Az saytına müsahibə verib.  

- Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Qələbə qazandığımıza görə sevinirik. Bu mövsüm bizim üçün çox çətin oldu. Oyunlarımız gərgin keçdi. Zəhmətimizin bəhrəsini gördük. Komandamız çox əziyyət çəkdi və sonda çempion olduq.

- Hər kəs "Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. Bunu bacara biləcəksiniz?

- Bu barədə indidən nəsə fikir bildirmək düzgün olmaz. Amma biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Qarşıda kubok matçımız var. Bizi çətin oyun gözləyir. Kuboku da qazanmaq istəyirik, hədəfimiz də budur.

Digər xəbərlər