Güləşçilərimiz günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurub

Güləşçilərimiz günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurub
Digər, Güləş
15 Aprel 2017 - 22:02
Supersport.Az xəbər verir ki, Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.

Üçüncü yarış günündə sərbəst güləş üzrə yeniyetmələr arasında 114 pəhləvan yarışıb. Güləşçilərimiz günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq) və Abdulmuslim Məmmədov (76 kq) qazandırıb.

Komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan komandası üçüncü yeri tutub.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Digər xəbərlər