ÇL: həftənin ən yaxşısı bəlli oldu

ÇL:  həftənin ən yaxşısı bəlli oldu
Futbol
14 Aprel 2017 - 19:13
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

O, səslərin 57 faizini toplayıb. Paulo Dibala ("Yuventus") 2-ci, Kilian Mbappe ("Monako") 3-cü olub.

Qeyd edək ki, Ronaldo ÇL-in 1/4 finalının "Bavariya" ilə ilk oyununda dubl edərək komandasına qələbə qazandırıb.

Digər xəbərlər