"Turan Tovuz" Premyer Liqaya vəsiqə qazandı

"Turan Tovuz" Premyer Liqaya vəsiqə qazandı
Futbol
13 Aprel 2017 - 19:53


Azərbaycan I divizionunda XXIV tura start verilib.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu gün iki görüş keçirilib.

“Turan Tovuz” öz meydanında MOİK-ə qalib gəlməklə (1:0) Premyer Liqaya vəsiqə qazanıb. Hazırda lider olan Əsgər Abdullayevin komandası sona iki tur qalmış ən azı ilk iki yeri özü üçün təmin edib.

Tovuz təmsilçisi Premyer Liqada oynamaq üçün tələb olunan lisenziyanı alsa, yeni mövsümdən elitaya qayıdacaq.
13 aprel

“Turan Tovuz”  - MOİK – 1:0
Qol:
Rəhman Musayev, 90+2

“Mil-Muğan” - “Qaradağ Lökbatan” – 2:4
Qollar:
Raul Yaqubzadə, 69; Mübarək Şahquliyev, 81 (ö.q) // Mübarək Şahquliyev, 21; Sabir Allahquliyev, 32; Elgiz Kərimli, 43; Rüfət Məmmədov, 64

Digər xəbərlər