Atatürk litseyində Alpaqut döyüş sənətinin tanıtımı oldu

Atatürk litseyində Alpaqut döyüş sənətinin tanıtımı oldu
Alpaqut, Digər
13 Aprel 2017 - 14:46
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin rəhbərliyinin dəvəti ilə, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov və yeniyetmələrdən ibarət alpaqut qrupu ilə liseyin tələbələri ilə görüş baş tutub.

Supersport.Az-ın xəbərinə görə, Kutsan Vasif Namazov liseyin tələbələrinə hərb sənəti, döyüş mədəniyyəti olan alpaqut barədə geniş məlumat verərək,gənclərə vətənpərvərlik ruhunu aşılayan söhbətlər aparıb. Daha sonra yeniyetmə alpaqutçular tərəfindən alpaqut üzrə müxtəlif fəndlər nümayiş etdirilib.

Digər xəbərlər