“Nar” şirkəti IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub

“Nar” şirkəti IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub
İslamiada-2017, Digər
13 Aprel 2017 - 14:41
“Nar” şirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub.

Supersport.Az xəbər verir ki, aprelin 13-də bununla əlaqədar Oyunların Əməliyyat Komitəsi ilə “Nar” şirkəti arasında saziş imzalanıb. Rəsmi tərəfdaşlığa dair sazişi “Bakı-2017” Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və “Nar” şirkətinin baş icraçı direktoru Klaus Müller imzalayıblar.

Sazişə əsasən, “Nar” şirkəti Oyunlar zamanı Əməliyyat Komitəsini mobil telekommunikasiya, o cümlədən zəng və data xidmətləri ilə təmin edəcək, İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya Şöbəsinə dəstək sahəsində aparıcı provayder rolunu oynayacaq.

Yeni tərəfdaşlığın əhəmiyyətini vurğulayan Elçin Səfərov deyib: “Uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərən və xeyli sayda abunəçiyə sahib olan “Nar” şirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya dəstəkçisi seçilib. Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq çox vacibdir. Əminəm, birgə əməkdaşlığımız sayəsində “Nar” şirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uğurla həyata keçirilməsinə müsbət töhfə verəcək”.

Klaus Müller “Nar”ın IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsinin qürurverici olduğunu vurğulayaraq deyib: “İki il əvvəl Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarının tərəfdaşı olaraq belə mühüm layihələrdə birgə əməkdaşlıq istiqamətində kifayət qədər təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq, “Nar”ın peşəkar əməkdaşları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılarına və iştirakçılarına yüksək keyfiyyətli xidmət göstərəcəklər. Əminəm ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın tarixində çox böyük hadisə olacaq. “Nar” şirkətinin bu hadisənin bir parçası olması bizə qürur verir”.

Digər xəbərlər