Günün adamı - Qurban Qurbanov!

Günün adamı - Qurban Qurbanov!
Futbol
13 Aprel 2017 - 11:22


Bu gün "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Təcrübəli mütəxəssisin 45 yaşı tamam olur.

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub. Futbolun sirlərinə  Zaqatalanın “Daşqın” komandasında yiyələnib. Karyerası ərzində “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” və “İnter” klublarında çıxış edib.  Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir.

2006-cı ildə “Neftçi” klubunda məşqçilik fəaliyyətinə başlayıb.

Qurbanovun məşqçi kimi ən böyük uğurları "Qarabağ"da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında "Qarabağ" ardıcıl üç dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Supersport.Az saytının kollektivi doğum günü münasibətilə Qurban Qurbanovu təbrik edir, ona şəxsi həyatında və məşqçilik karyerasında yeni-yeni uğurlar arzulayır.

Digər xəbərlər