Parataekvondoçularımızdan 13 medal

Parataekvondoçularımızdan 13 medal
Digər, Taekvondo
13 Aprel 2017 - 00:34
Supersport.Az xəbər verir ki, Azərbaycan və Rusiya parataekvondo üzrə milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib. 9 aprel tarixində Dağıstanın Xasavyurd şəhərində baş tutan yarışda millimizi 15 idmançı təmsil edib.

Bu yarışda komandanın 13 üzvü vətənə medalla qayıdıb. Baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun yetirmələri 7 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. Belə ki, komandamızın üzvlərindən Səlvan Məmmədov (K44) (-75 kq), Elimxan Manafov (K42) (-61 kg), Şəhmir İbadov (K41) (-61 kq), Sadiq Həmidov(K43) (-61 kq), Nicat Müslümov (K42) (-75 kq), Aleksandr Polişuk (K42) (+75 kq) və Aynur Məmmədova (K44) (+58 kq) fəxri kürsünün ən yuksək pilləsinə qalxıb.


İmaməddin Xəlilov (K 44) (-61 kq) və Əbülfəz Abuzərli (K44) (-75 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medala sahib olub.

Komandanın digər idmançılarından Vuqar Adışırınov (K44) (+75 kq), Hüseyn Həsənov (K44) (-75 kq), Rövşən Qəhərmanlı (K44) (-61 kq) və Fərid Əsəsdov (K42) (-61 kq) yarışı bürünc medalla başa vurub.

Baş məqşçi Əvəz Tağıyev yarışın önəmli olduğunu qeyd edib: “ Yarış yeni qaydalarla keçirildi. Qaydalarda dəyişiklik olandan sonra bizim ilk yarımız idi. Bu yarışda iştirak etmək məqsədimiz idmançıları yeni qaydalarla tanış etmək və döyüş təcrübələrini artırmaqdır. Sentyabr ayında Avropa çempionatına qatılacağıq və vətənə uğurlu nəticə ilə qayıtmağa çalışacağıq. Hər zaman komandamıza göstərilən diqqət və qayğıya görə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm”.

Digər xəbərlər