Azərbaycanın futbol klubu 1000 komandanın yarışına vəsiqə qazandı - Video

Azərbaycanın futbol klubu 1000 komandanın yarışına vəsiqə qazandı - Video
Futbol, Video
12 Aprel 2017 - 23:53
İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə mərhələ oyunları keçirilib.

Aprelin 6-dan 10-dək baş tutan yarışda "Vətən" RİOEUG futbol məktəbinin 10 yaşlılardan ibarət komandası da iştirak edib.

Supersport.Az-ın məlumatına görə, Samir Əbdürrəhmanovun rəhbərliyi ilə bütün rəqiblərini üstələyən komandamız finalda İstanbulun "Bəylikgücü" komandasını da sıradan çıxararaq (7:0) "U-10 Champions Trophy" yarışının Türkiyə üzrə seçmə mərhələsinin qalibi olub.

Turnirdə qazandığı qələbə sayəsində 10 yaşlılarımız Avstriyada min komandanın iştirakı ilə keçirilən dünyanın ən böyük futbol turnirinə vəsiqə qazanıb.

Digər xəbərlər