Ronaldo almanları əzdi, "Monako" və "Atletiko"dan qələbə

Ronaldo almanları əzdi, "Monako" və "Atletiko"dan qələbə
Futbol
13 Aprel 2017 - 00:41
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları bu gün başa çatıb.

Dünən "Yuventus" - "Barselona" keçirilib. İtaliya klubu rəqibinə dərs keçib: 3-0.

Bu gün "Borussiya" - "Monako" oyununda qonaq komanda qələbə qazanıb. Fransa klubunun futbolçusu Fabinyo 17-ci dəqiqədə penalti zərbəsini boşa verib.

Bu gün "Bayern" - "Real Madrid", "Atletiko" - "Lester Siti" qarşılaşması da baş tutub.

12 aprel

20:45 "Borussiya" Dortmund (Almaniya) - "Monako" (Fransa) 2-3 

Qollar: Ousmane Dembele 57, Sinji Kaqava 84 - Mbappe Lottin 19,79, Sven Bender 35-öz qapısına

22:45 "Bayern" Münxen (Almaniya) - "Real Madrid" (İspaniya) 1-2 

Qollar: Artur Abidal 25 - Kriştiano Ronaldo 47, 78

22:45 "Atletiko" Madrid (İspaniya) - "Lester Siti" (İngiltərə) 1-0 

Qol: Antuan Qrizmann 28-pen

11 aprel

22:45 "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) 3-0

Qollar: Dibala 7, 22, Kyellini 55

Cavab matçları bir həftə sonra oynanılacaq və yarımfinalçıların adlarına aydınlıq gələcək.

Digər xəbərlər