AFFA Almaniya ilə oyundan nə qədər gəlir əldə edib?

AFFA Almaniya ilə oyundan nə qədər gəlir əldə edib?
Futbol
11 Aprel 2017 - 18:08


AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər