"Azərbaycan bayrağı harda varsa, biz də ordayıq" - Zabit Səmədov - Video

"Azərbaycan bayrağı harda varsa, biz də ordayıq" - Zabit Səmədov - Video
Digər
10 Aprel 2017 - 01:21
Premyer Liqanın 25-ci turunun "Qarabağ" – "Qəbələ" oyununu stadionda izləyən peşəkar K1 ustası kikbokçumuz Zabit Səmədov jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az-ın xəbərinə görə, "Qarabağ"a azarkeşlik etdiyini deyən Səmədov matçın maraqlı alındığını qeyd edib.

- Tez-tez futbola baxmağa gedirsən?

- Sözün açığı, ilk dəfədir ki, Azərbaycanda stadiondan futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı.

- "Qarabağ" azarkeşi olduğun deyilir. Kimin dəvəti ilə stadiona gəlmişdin?

- "Qarabağ" rəhbərliyi məni dəvət etmişdi və bu komandanı dəstəklədim. "Qarabağ" son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnanıram ki, bunun davamı gələcək. Mən də bu komanda ilə qürur duyuram. Qitə yarışlarında həm "Qarabağ", həm də "Qəbələ"ni dəstəkləyirəm.

- “Qarabağ” və “Qəbələ” komandaları arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksənmi?

- Yox, Bakıda o qədər qalmayacam. İnşallah, “Qarabağ”ı dəstəkləmək üçün avrokubok oyunlarında Bakıya qayıdacam.

- Milli komandanın oyunlarını baxırsan?

- Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.

- Xarici klublardan hansınasa azarkeşlik edirsən?

- Düzü, azarkeş deyiləm. Amma gözəl oyunlara baxıram. Çempionlar Liqasının son finalını stadiondan izləmişəm. İstəyirdim ki, “Atletiko” qalib gəlsin, çox təəssüf ki, uduzdu.

Digər xəbərlər