Dünya çempionunun qənimi Rəsul Çunayev qalib oldu

Dünya çempionunun qənimi Rəsul Çunayev qalib oldu
Digər, Güləş
08 Aprel 2017 - 23:06
Supersport.Az xəbər verir ki, Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir.  Sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.

İlk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb.

Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev yarımfinalda macarıstanlı son dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz qırğızıstanlı rəqibinə qalib gələrək qızıl medal qazanıb.

Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda mübarizədə qalib gəlib.

Sərbəst güləşçilərimizdən 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov yarımfinalda Rumıniyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda mübarizədə qalib gəlib.

65 kq-da yarışan Məhəmməd Müslümov da bürünc medal döyüşdə inamlı qələbə qazanıb.

Digər xəbərlər