Azərbaycandan ikinci medal

Azərbaycandan ikinci medal
Digər, Cüdo
08 Aprel 2017 - 21:37
Türkiyənin Antalya şəhərində cüdo üzrə "Qran-Pri" yarışı davam edir.

Sueprsport.Az-ın məlumatına görə, turnirin ikinci günündə milli komandamız aktivinə daha bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Antalya "Qran-Pri"sində bürünc medal qazanıb.

Yarışın ilk günündə Nəzakət Əzizova (52 kq) da bürünc medala sahib olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Digər xəbərlər