Cahangir Əsgərovun futbol klubu dağılır

Cahangir Əsgərovun futbol klubu dağılır
Futbol, Eksklüziv
08 Aprel 2017 - 12:38
AZAL futbol klubu dağılmaq təhlükəsi ilə üzləşib.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, komandanın sponsoru, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin prezidenti Cahangir Əsgərovu idmanın şahı olan futbol maraqlandırmır və o, artıq bu sahəyə pul xərcləmək istəmir. Milyardçı olduğu ehtimal olunan Əsgərov iki aydır ki, klubun oyunçularına borcludur. AZAL-ın büdcəsi Premyer Liqada çıxış edən digər iştirakçılardan çox geri qaldığından bu komandanın zəif çıxış etməsinə səbəb olub. Paytaxt klubuna illik 250-300 min manat ayrılıb. Ölkədaxili yarışda 8 klub sırasında 24 turdan sonra 10 xalla son pilləni tutan AZAL, birinci liqaya yuvarlanacaq. Mövsümün sonu Cahangir Əsgərovun komandadan tam imtina edəcəyi ehtimal olunur.

Digər xəbərlər