Ruslan Abışov: "İslamiadada mükafat qazanmalıyıq" - Video

Ruslan Abışov: "İslamiadada mükafat qazanmalıyıq" - Video
Futbol, İslamiada-2017, Video
07 Aprel 2017 - 23:44
Supersport.Az-a açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Ruslan Abışov futbol yarışının püşkü haqda fikirlərini bildirib. "Neftçi"nin və millimizin aparıcı üzvü deyib ki, yığmamıza güclü rəqiblər düşüb.

Təcrübəli futbolçu, mübarizə aparmağın və ilk növbədə qrup səddini aşmağın vacibliyini qeyd edib:

"Millimizə güclü rəqiblər düşdü. Bununla belə, çəkinməyib mübarizə aparmaq lazımdır. İlk növbədə qrup səddini aşaq, sonra mükafat qazanmaq haqda düşünərik".


Xatırladaq ki, İslamiadanın futbol yarışında səkkiz komanda iştirak edəcək. Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri yüksək yerlər uğrunda mübarizə aparacaq.

Azərbaycan millisi ev sahibi olduğu üçün "A" qrupunda yer alıb və rəqibləri Kamerun, çempion Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları olub. "B" qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaq.

"Bakı-2017"nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq. Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

Digər xəbərlər