Antalyada ilk gündə bürünc medal

Antalyada ilk gündə bürünc medal
Digər, Cüdo
07 Aprel 2017 - 20:12
Supersport.Az xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Qran-Pri”yarışına start verilib. Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Qadın təmsilçilərimizdən 52 kq çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı isə 5-ci olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Xatırladaq ki, Antalya “Qran-Pri”sinə aprelin 9-da yekun vurulacaq.

Digər xəbərlər