“Bakı-2017”də həndbol yarışında rəqiblər bəlli oldu

“Bakı-2017”də həndbol yarışında rəqiblər bəlli oldu
İslamiada-2017, Digər
06 Aprel 2017 - 20:10
Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının püşkü atılıb.

Supersport.Az xəbər verir ki, püşk Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları atılıb.

Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq.

Həndbol yarışlarının “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

Digər xəbərlər