"İslamiadada da ölkəmizə qızıl medal qazandırmalıyam"

"İslamiadada da ölkəmizə qızıl medal qazandırmalıyam"
Digər, Eksklüziv, Güləş
05 Aprel 2017 - 00:09

Macarıstanın Sombateli şəhərində 23 yaşadək pəhləvanlar arasında Avropa çempionatında qızıl medal qazanan Orxan Nuriyev (98 kq) Supersport.Az saytına açıqlama verib.


Yunan-Roma güləşi üzrə təmsilçimiz, əvvəlcə keçirdiyi görüşlər harda danışıb.

Yarış çox gözəl təşkil olunmuşdu. İdmançıların 23 yaşı olmasına baxmayaraq, burada dünya və olimpiya mükafatçıları var idi. Ümumilikdə, komandamız yaxşı təsir bağışladı. Deməzdim ki, məğlub olan idmançılar zəif idilər. Sadəcə, onlar öz potensiallarını göstərə bilmədilər. Döyüşlərim gərgin və maraqlı keçdi. Ən çətin qarşılaşma yarımfinalda türkiyəli idmançıya qarşı oldu. Döyüş zamanı hakimlər qərəzli mövqe sərgilədilər. Bu döyüşdə mən vaxtından əvvəl qələbə qazanmışdım. Amma hakimlər elə hesab etdilər ki 1 xalla qalib gəmişəm. Finalda finlandiyalı idmançı ilə qarşılaşma da çətin oldu. Şükürlər olsun ki, qalib gəldim.

- Demək olarmı ki, ağır çəki problemi aradan qalxır?

- Düzdür, əvvəllər bu çəkidə problemlər olub. Amma mən deyərdim ki, Şaban bəyin gəlişindən sonra xeyli irəliləyiş olub. İnanıram ki, gələcəkdə yaxşı nəticə göstərəcəyik.

- Qarşıda Serbiyada keçiriləcək Avropa çempionatı var. Komanda bu yarışa necə hazırlaşır?

- Artıq məşqlərə başlamışıq. Çalışacağam ki, burada da yaxşı nəticə göstərib İslamiadada heyətə düşüb Azərbaycana qızıl medal qazandırım.

Süleyman Kərimov

 

 

 

Digər xəbərlər