Milli komandanın lideri tanınmış idmançıları əzişdirdi

Milli komandanın lideri tanınmış idmançıları əzişdirdi
Karate, Digər
03 Aprel 2017 - 02:09
Supersport.Az-ın məlumatına görə, qadın milli komandamızın lideri İrina Zaretska (-68 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nüfuzlu Karate 1 Premyer Liqasının qalibi olub. O, Dünya Karate Federasiyasının (WKF) mövsümboyu 3-cü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmlətdi. İ.Zaretskanın məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və Avropa çempionları da olub.

Milli komandanın favoritlərindən Ayxan Mamayev (-84 kq) bürünc medal uğrunda həlledici qələbəni əldən versə də, təsəlliverici görüşlərdə son dünya çempionatının finalında məğlub olduğu Ryutaro Araqaya (Yaponiya) 4:2 hesabı ilə qalib gələrək revanş aldı.


4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha 3 idmançımız mükafatçılar arasına düşə bilməyib. Karateçilərimiz üçün Premyer Liqadan kənarda qalmaqda digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk 4 pillədən bu dəfə də uzaq düşmələridir.
Dubay Premyer Liqasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov, idmançıları mükafatlandıran fəxri qonaqlar arasında oldu. Yarışı idarə edənlər arasında 4-cü İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək 3 hakimimizdən beynəlxalq dərəcəli Cahangir Babayevlə Vüqar Kərimov da yer alıb.


Premyer Liqada 75 ölkədən 701 karateçi iştirak edib. 1 qızıl medala sahib olan Azərbaycan, mükafat qazana bilən 26 ölkə idmançıları arasında 7-10-cu yerləri bölüşüb.

Digər xəbərlər