Qurban Qurbanov: "Hazırda çıxış yolumuz yoxdur"

Qurban Qurbanov: "Hazırda çıxış yolumuz yoxdur"
Futbol
02 Aprel 2017 - 21:59
Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" doğma meydanda "Kəpəz"i 2 - 1 hesabı ilə məğlub edib.

Supersport.Az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Bəlkə də çempionatın ən ağır oyunlarından biri oldu. Oyunun əvvəlində hesabda geri düşdük. Çempionat sona yaxınlaşdıqca futbolçulasrda həyəcan çox olur. Ehtiyatlı olmalıyıq. Çox vacib 3 xal qazandıq. Ağır qrafikdəyik. Futbolçularda yorğunluq yaranır. Buna baxmayaraq, futbolçularım düzgün oynamağa çalışdılar. Hər birini təbrik edirəm.

- Riçard Almeyda ilə Bədavi Hüseynovun zədəsi nə yerdədir?

- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Bədavinin millini oyunundan sonra  ayağında şiş var idi. Əzələsində ikinci dərəcəli dartılma da var. "Neftçi" ilə oyuna hazır olmaq şansı azdır. Riçardda da eyni vəziyyətdir. Bədavi ilə birgə fərdi məşq edirlər. Bəlkə "Neftçi" ilə oyundan sonra komandaya qoşula bildilər.

- Qəbələdəki oyundan xəbəriniz var idi?

- Oyun bitdikdən sonra "Qəbələ"nin nəticəsindən xəbərim oldu. Bu barədə düşünmürdük. Əsas diqqətimiz öz oyunumuzda idi.

- "Qəbələ" ilə oyunu Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq olar?

- Öz stadionumuzun durumu tam ideal deyil. Ola bilər ki, həm "Neftçi" ilə , həm də "Qəbələ"ylə oyunu burda oynayaq. Hələ dəqiq qərar verilməyib.

- "Neftçi" cavab oyununda 3 qol vuracaqlarını deyir. Siz bu barədə nə deyə bilərsiniz?

- Futbolda gözlənilməz nəticələr çox olur. Futbolçularmız əvvəlki oyunda daha çox məsuliyyətli olacaqlar. "Neftçi" təhlükəli komandadır. Həddindən artıq diqqətli olmalıyıq. "Neftçi" bizdən daha sərbəst oynayacaq. Çünki onlar mütləq qələbə qazanmalıdır.

- Mövsümün əvvəlində "Qarabağ"ın heyətinin geniş olduğu deyilirdi. Amma bu gün zədəli futbolçuların çoxluğu diqqəti cəlb edir. Buna süni örtüklü stadionların təsiri var?

- Mənim yadıma gəlmir ki, son illərdə bu qədər zədəli futbolçumuz olsun. Heç düşünmədiyimiz anda futbolçular zədələnir. Sıx qrafik olanda zədələr üzə çıxır. Meydan amilinin də zədələrdə rolıu var. Təəssüf ki, hazırda çıxış yolumuz yoxdur. Bununla barışmalıyıq.

- Meydança amili ilə bağlı İcraiyyə Komitəsində təklifləriniz olub?

- Bəli, həm bu İcraiyyə Komitəsində, həm də bundan əvvəlkində təkliflərim olub. Bir neçə stadionda yeni ot örtükləri salınacaq. Bundan başqa, Gəncə stadionunun otu dəyişdiriləcək.

- "Qarabağ"ın heyətində hansı çatışmazlıqlar var?

- Nə qədər yaxşı olsaq da, yenə çatışmazlıqlar olur. Bizdə də belə amillər var. Dəyişikliklər də etmək istəyirik. Bu il fasilədə vaxtımız daha çox olacaq.

- Qara Qarayevin transferi gündəmdədir. Onu komandadan buraxmağa hazırsınız?

- Mətbuatda yazılar gedir. Amma kluba heç bir təklif gəlməyib. Buna görə də bu, müzakirə mövzusu deyil. Əgər dəqiq nəsə olsa, sizə də məlumat veriləcək.

Digər xəbərlər