Pəhləvanlarımızdan 3 qızıl və 1 bürünc medal

Pəhləvanlarımızdan 3 qızıl və 1 bürünc medal
Digər, Güləş
01 Aprel 2017 - 21:48
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 59, 71, 80 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 3 qızıl və 1 bürünc medalla başa vurub.

Supersport.Az xəbər verir ki, beşinci yarış günündə 59, 71, 80 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.

59 kq-da mübarizə aparan Murad Məmmədov Litva və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Murad Məmmədov çempionatın qızıl medalını qazanıb.

71 kq çəki dərəcəsində yarışan İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Bolqarıstan, Moldova, İtaliya və Macarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. Rəqibini üstələyən İslambek Dadov çempionatın qızıl medalını qazanıb.

80 kq çəkidə mübarizə aparan Eltun Vəzirzadə Slovakiya və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.Belarus təmsilçisini tam üstünlüklə məğlub edən Eltun çempionatın bürünc medalını qazanıb.

98 kq-da yarışan Orxan Nuriyev ardıcıl olaraq Litva, Rusiya və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimiz Finlandiya təmsilçisi ilə qarşılaşaraq inamlı qələbə qazanıb.

Digər xəbərlər