AFFA-nın baş katibi FIFA-nın seminarında

AFFA-nın baş katibi FIFA-nın seminarında
Futbol
30 Mart 2017 - 16:09
Martın 30-da FIFA-nın təşkilatçılığı ilə Minskdə milli futbol assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar işə başlayıb.

Supersport.Az AFFA-nın saytına istinadla xəbər verir ki, seminarda Assosiasiyanın baş katibi Elxan Məmmədov iştirak edir.

Seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılıblar.

Digər xəbərlər