Kikboksinq üzrə respublika çempionatı başa çatdı

Kikboksinq üzrə respublika çempionatı başa çatdı
Kikboks, Digər
26 Mart 2017 - 23:26
Supersport.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında keçirilən yarışda ölkənin müxtəlif bölgələrindən 78 komandanı təmsil edən minə yaxın idmançı iştirak edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda yeniyətmələr arasında komanda hesabında 1-ci yeri “Qızıl Əlcək” İdman Klubu, kadetlər arasında isə “Neftçi” İdman klubu qazanıb.

Yarışın fəxri kubokunun sahibi “DİN” İdman Cəmiyyəti olub.

Bölgələr üzrə yarışlarda ən çox fərqlənən Quba və Gəncə idmançıları olub.

Kikboksinq Federasiyasının İdarə Heyətinin qərarına əsasən yeniyətmələr arasında ən texnikalı idmançı “DİN” İdman Cəmiyyətinin idmançısı, WAKO versiyası üzrə dünya çempionu Məhəmməd İmanov, ən yaxşı hakim adına Anar Məmmədov layiq görülüb.

Digər xəbərlər