Azərbaycanın ən yaxşıları açıqlandı

Azərbaycanın ən yaxşıları açıqlandı
Digər, Voleybol
28 Mart 2017 - 09:34
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün simvolik yığması açıqlanıb.

Supersport.Az saytının məlumatına görə, tarixində ilk dəfə olaraq qızıl medallara yiyələnən "Telekom"un 2 oyunçusu bu komandada yer alıb.

Yarışın ən dəyərli voleybolçusu (MVP) adını Yelizaveta Səmədova qazanıb. Səmədova 9 nominasiyadan 3-də bütün rəqiblərini qabaqlayıb. "Telekom"un kapitanı MVP olmaqla yanaşı, ən yaxşı hücumçu və topu ən yaxşı oyuna daxil edən də seçilib.

Onun komanda yoldaşı Olena Həsənova isə blokçular arasında ən güclü olduğunu göstərib.

 

Çempionatın bombardiri bürünc mükafatçı Yelena Yakimçuk (“Azəryol”) olub. “Azəryol”un digər üzvü Yuliya Kərimova isə 2 - ən yaxşı libero və ən yaxşı toppaylayıcı mövqedə birinci olub. (apasport.az)

 

2016/2017 mövsümünün simvolik komandası

Ən dəyərli voleybolçu – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı bombardir – Yelena Yakimçuk (Azəryol)

Ən yaxşı toppaylayıcı – Danitsa Radenkoviç (Azərreyl)

Ən yaxşı blokçu – Olena Həsənova (Telekom)

Ən yaxşı hücumçu – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı libero – Yuliya Kərimova (Azəryol)

Topu oyuna ən yaxşı daxil edən – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı topqəbuledici – Malika Kanzonq (Azərreyl)

Ən yaxşı müdafiəçi – Yuliya Kərimova (Azəryol)

Digər xəbərlər