Güloğlan Cabbarov: "İslamiadada yüksək nəticə göstərə bilərik"

Kikboks, İslamiada-2017, Eksklüziv
28 Mart 2017 - 00:36
Narkomaniya və uşaq cinayətkarlığına qarşı kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdıqdan sonra Azərbaycan Kikboksinq federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Supersport.Az saytına özəl açıqlama verib.
"Kadetlər, gənclər və yeniyetmələr arasında keçirilən yarışda ilk dəfə 900-dən çox idmançı iştirak etdi. Kadetlərin yarışı birinci dəfə idi. İstirahət etmədən, heç bir çətinlik olmadan birinciliyi başa vurduq. Mən Avropada belə yarışları görəndə həmişə deyərdim ki, öz ölkəmizdədə kadetlərin yarışı keçirilsin və çox şükür olsun ki, bunu bacardıq. Yarışın məqsədi uşaqların gələcəyi və sağlamlıqlarını qorumaları üçün idi. Ən əsas məqsəd isə onların pis vərdişlərdən uzaq olmalarıdıri. Çox şükür ki, buna da nail olduq. Nəticələrimiz göz qabağındadır. Yeniyetmələrimiz bir-neçə ildən sonra vətənə xidmətə gedəcəklər. Əgər idmançılardan biri zəif olursa, onda zədələnmə bas verir. Məşqçilərimiz sağ olsunlar uşaqları çox yaxşı hazırlayırlar. Aprel ayında Qusar rayonunda yarış var. May ayında isə Naxçıvan Muxtar Respublikasında. Mayın 18-də isə Budapeştdə gənclər və yeniyetmələrin, eləcə də böyüklərin çempionatı keçiriləcək. Artıq yığma komandanın tərkibi də məlumdur. Ölkəmizdə İslamiada keçirləcək. İnanıram ki, bu möhtəşəm yarışda idmançılarımız yüksək nəticə göstərəcək" - deyə, qurum rəsmisi qeyd edib.
Dünya çempionu, kikboksçu Pərviz Abdullayevin uşu-sandakı çıxışına diqqət yetirən vitse-prezident, İslamiadada ondan qızıl medal gözlədiyini bildirib.
Süleyman