Ronaldo Puşkaşın rekorduna göz dikdi

Ronaldo Puşkaşın rekorduna göz dikdi
Futbol
28 Mart 2017 - 00:01
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzlarından olan portuqaliyalı Kriştiano Ronaldo macar Ferens Puşkaşın rekordunu vurmağa doğru irəliləyir.

Macar oyunçu, milli komandada ən çox qol vuran avropalıdır - 84 qol.

Portuqaliyalı futbolçu 70 dəfə qapılara yol tapıb.

Dünya çempionatının seçmə mərhələsində Portuqaliyanın Macarıstanı 3 qolla məğlub etdiyi oyunda dubl edən Ronaldo, Avropa futbolçularının siyahısında 4-cü pilləyə sahib çıxıb.

Alman Gerd Mülleri (68) geridə qoyan Kriştiano, Ferens Puşkaş, Şandor Koçiş və Miroslav Klozedən sonra 70-ə çatıb.

Ronaldonun Kloze (71) və macar Koçişi (75) keçmək şansı çoxdur. 32 yaşlı portuqaliyalı futbolçu, 84 qolla ilk sırada yer alan macar Puşkaşın rekordunu vurmaq üçün 15 qola imza atmalıdır.

Karyerasında çox sayda mükafalar qazanan və rekodlar vuran Ronaldo futboldan 40 yaşında ayrılmaq istəyir.

Dörd dəfə "Qızıl top"a sahib çıxan portuqaliyalının vurduğu qollarla bağlı rekordları:

- Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFHHS) versiyasına görə üç il (2013, 2014, 2016) dünyada "qol kralı" olan yeganə futbolçu.

- IFHHS-yə görə 6 mövsümdə 50-dən çox qol vuran yeganə futbolçu - 53 (2010-2011), 60 (2011-2012), 55 (2012-2013), 51 (2013-2014), 61 (2014-2015), 51 (2015-2016).

- 4 Avropa çempionatı (2004, 2008, 2012, 2016) və 3 Dünya Kubokunda (2006, 2010, 2014) qol vuran yeganə futbolçu.

- Formasını geydiyi 3 klubda ("Sportinq" Lissabon, "Mançester Yunayted" və "Real Madrid") oynadığı matçların statistikasına görə bir yarışın hər dəqiqəsində (1-dən 90-a qədər) qol vuran yeganə futbolçu.

Digər xəbərlər