Türkiyənin olimpiya çempionundan İslamiadaya dəstək - Foto

Türkiyənin olimpiya çempionundan İslamiadaya dəstək - Foto
İslamiada-2017, Digər, Foto
27 Mart 2017 - 20:55


Supersport.Az-ın məlumatına görə, məşhur pəhləvan Bakıda təşkil olunacaq İslamiadaya dəstəyini nümayiş etdirib.

Sərbəst güləş üzrə ikiqat dünya, üçqat Avropa və olimpiya çempionu Taha Akgül bunun üçün əlindən gələni edəcəyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin "Grassroots" layihəsinə dəstək verəcək tanınmış güləşçi, 4-cü İslam Oyunlarını da təbliğ edəcək. Layihədə məqsəd yeniyetmə, gənclərin idmanla daha fəal məşğul olmasına çalışmaqdır.

"Grassroots" proqramına İslamiadaya qatılacaq 11 ölkədən 23 idmançı daxildir. Bu layihəyə əsasən, İslam Həmrəylik Oyunları ərəfəsində marağı artırmaq məqsədilə idmançıların durumu, məşqi diqqət mərkəzinə gətiriləcək.

"Grassroots" kampaniyasının bir hissəsi olaraq Taha Akgül bilik və bacarığını müxtəlif təbəqədən olan insanlara çatdıracaq, onların idmanla daha çox məşğul olmasını və İslam Oyunlarının 4 təməl dəyəri - Hörmət, Birlik, Mükəməllik və Sülhü təbliğ edəcək. Bu idmançı Bakıda keçirilən Avropa Oyunlarının da qalibidir.

26 yaşlı çempion, indidən məsləhətlər də verib:

"Güləşi gələcəyiniz olaraq seçsəniz, sevdiyinizə əmin olun. Bu idman növü özünəinamı artırır, hətta həyatınızı fəda etmək məcburiyyətində qalacaqsınız. Əsla geri çəkilməyin, çətinliklə üzləşəndə qəti imtina etməyin. Mükəmməllik üçün çalışın!"

Qeyd edək ki, mayın 12-22-si tarixlərində 20 idman növü üzrə keçiriləcək İslamiadada 4 qitənin 50-dən artıq ölkəsi təmsil olunacaq.

Digər xəbərlər