Azərbaycan - Almaniya oyununa bilet qalmadı - Foto

Azərbaycan - Almaniya oyununa bilet qalmadı - Foto
Futbol
25 Mart 2017 - 18:51
Supersport.Az-ın məlumatına görə, futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin dördqat dünya çempionu Almaniya yığmasıyla qarşılaşmasında anşlaq olacaq.

Artıq oyuna bilet qalmayıb. Bu gün əməkdaşımız matçın keçiriləcəyi Respublika stadionunun kassalarına yaxınlaşarkən bunun şahidi olub. Müxbirimizə bildirilib ki, görüş üçün üç aydır satışa çıxarılan biletlər qurtarıb. Bu məlumatdan xəbərdar olan azarkeşlər stadionu dilxor tərk ediblər.

Qeyd edək ki, Tofiq Bəhramov adına stadion 31 min 200 tamaşaçı tutumuna malikdir. Azərbaycan - Almaniya oyunu sabah - martın 26-da saat 20:00-da başlayacaq.

 

Digər xəbərlər