Fatih Terim start heyəti müəyyən etdi
Futbol
23 Mart 2017 - 23:35
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun seçmə mərhələsində Finlandiya ilə qarşılaşacaq Türkiyə yığmasının heyəti məlum olub.
Dünən hazırlıq prosesində baş məşqçi Fatih Terim qapıda Volkan Babacan, müdafiədə Gökhan Gönül, Ömər Toprak, Mehmet Topal, İsmail Köybaşı, yarımmüdafiədə Əmrə Mor, Səlcuk İnan, Oğuzhan Özyakup, Arda Turan, Volkan Şən, hücumda isə Cenk Tosun’u oynadıb. Mütəxəssis ikinci hissədə Volkan Şənin əvəzinə Ənəs Ünalı meydana buraxaraq hücum xəttini gücləndirib. Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.