Tanınmış qolkiper 9-cu dəfə ən yaxşı seçildi

Tanınmış qolkiper 9-cu dəfə ən yaxşı seçildi
Futbol
22 Mart 2017 - 14:50
Supersport.Az-ın məlumatına görə, İngiltərənin "Arsenal" klubunun qapıçısı Petr Çex daha bir ad alıb.

Çexiyalı qolkiper ölkəsində 9-cu dəfə ilin futbolçusu seçilib.

34 yaşlı Petr Çex məşqçilər, oyunçular və jurnalistlər arasında keçirilən sorğunun qalibi olub.

Qeyd edək ki, 124 dəfə ölkəsinin yığmasının formasını geyən qolkiper son Avropa çempionatının ardından milli komandadakı karyerasını başa vurub.

Digər xəbərlər