Almaniyanın bu futbolçusu Azərbaycana qarşı oynamayacaq

Almaniyanın bu futbolçusu Azərbaycana qarşı oynamayacaq
Futbol
21 Mart 2017 - 21:40
Supersport.Az-ın məlumatına görə, martın 26-da dünya çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Almaniya seçmə komandasının aparıcı futbolçusu karyerasını başa vurmağa qərar verib.

Söhbət "Qalatasaray"ın formasını geyən Lukas Podolskidən gedir. Futbolçunun son oyunu sabah keçiriləcək Almaniya - İngiltərə qarşılaşması olacaq.

31 yaşlı Podolski yubiley matçında iştirak edəcəyi üçün federasiya rəhbərliyi və baş məşqçi Yoaxim Lövə təşəkkür edib:

"Çox gözəl, həyəcanlı anlar keçirəcəyəm. Son oyunda kapitan olaraq meydana çıxmaq əla olacaq. Fəxr edirəm ki, 13 il milli komandada oldum. Məni yığmaya dəvət edən Rudi Föller, Jurgen Klinsmann və Joaxim Lövün karyeramda payı var. 10 ildir Lövün rəhbərliyində çalışıram və çox şey öyrənmişəm".

Bir neçə il də futbol oynayacağını qeyd edən təcrübəli futbolçu, məşqçi kimi çalışmaq istəyini bildirib:

"31 yaşım olsa da, nisbətən gəncəm. Daha sonra nə olacağını bilmirəm. Hələ ki, plan yoxdur. Uşaqları məşq etdirməyi düşünə bilərəm və onlara öyrəndikləri aşılayaram. Lövdən təcrübə də qazanmaq pis olmazdı".

Yeni mövsüm Yaponiyanın "Vissel Kobe" klubunda forma geyəcək alman oyunçu, əvvəlcə sabahkı oyunu və sonra "Qalatasaray"ı düşündüyünü söyləyib.

Baş məşqçi Yoaxim Löv Lukas Podolskinin Almaniyanın ən dəyərli futbolçularından biri, insan kimi də çox qiymətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniya yığmasıyla sabah 130-cu oyununa çıxacaq Podolski ölkənin bir nömrəli komandasında 48 qol vurub.

Digər xəbərlər