İdmançılar İranı saymadı

İdmançılar İranı saymadı
Digər
21 Mart 2017 - 15:34
Supersport.Az-ın məlumatına görə, İran idmançılarının Türkiyədə keçirilən beynəlxalq yarışlarda iştirakına qadağa qoysa da, bəzi təmsilçiləri buna məhəl qoymayıb.

İdmançıların Ərzurum və Qarsda turnilərə qatılması fars rejimini qəzəbləndirib.

İran İdman Nazirliyi bununla bağlı araşdırmaya başlayıb. Söhbət avarçəkənlərdən gedir.

İran Avarçəkmə Federasiyası baş katibi Bəhram Şimşeki idmançıların qurumun icazəsi olmadan beynəlxalq yarışlarda iştirakının yolverilməz olduğunu bildirib:

"Ev sahibi Türkiyə iranlı idmançıların yarışlarda iştirakına izn verməməliyidi. Bununla bağlı etiraz etmişdik".

Qeyd edək ki, Tehran rəhbərliyi Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhddən sonra təhlükəsizlik problemini göstərərək, İran idmançılarının qonşu ölkədə iştirakına qadağa qoymuşdu. Buna görə iranlı pəhləvanlar iki güləş turnirinə qatılmamışdı.

Digər xəbərlər