"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırıldı
Futbol
21 Mart 2017 - 12:49
Albaniya millisinin İtaliya ilə keçirəcəyi DÇ-2018-in seçmə mərhələ oyunu və Bosniya və Herseqovinaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Supersport.Az-ın xəbərinə görə, baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib.
Təcrübəli futbolçu seçmə mərhələnin əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb.
İtaliya ilə oyun martın 24-də, Bosniya və Herseqovina ilə yoldaşlıq matçı isə martın 28-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. Bu isə o deməkdir ki, Ağdam klubunun futbolçuları millilərinin heyətində üz-üzə gələ bilər.