Türkiyə klubundan üsyan: Superliqadan imtina edəcəyik

Türkiyə klubundan üsyan: Superliqadan imtina edəcəyik
Futbol
20 Mart 2017 - 22:36
Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionluğuna namizədlərdən olan "İstanbul Başakşəhər" çempionatı boykot etməyi düşünür.

Referilərdən şikayətlənən klub prezidenti Göksəl Gümüşdağ, "videohakim" sisteminin tətbiqinin vacibliyini qeyd edib:

"Superliqanın başa çatmasına 9 tur qalıb. Oyunlar çox gərgin keçir. "Karabükspor"la qarşılaşmada bunu bir daha gördük. "Videohakim" sistemi olmasa, ədalətli qərar verilməyəcək. Son dəqiqədə penaltimiz verilmədi. Bunu hamı gördü. Ancaq kimə anladaq? Penalti olduğunu onlar da qəbul edir. Lakin iki xal itirdik və buna çox təəssüflənirik. "Videohakim" sistemi tətbiq olunmasa, yeni mövsüm çempionatda iştirak etməyəcəyik. Belə davam edə bilməz".

Qeyd edək ki, Superliqada 25-ci turdan "Beşiktaş"dan (55 xal) sonra "Başakşəhər" 53 xalla ikincidir.

 

Digər xəbərlər