Hacı Nuran: "Bir bilet qalmasın" - Video

Hacı Nuran: "Bir bilet qalmasın" - Video
İslamiada-2017, Digər, Eksklüziv, Video
20 Mart 2017 - 01:43
Supersport.Az Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışına həsr olunmuş tədbirdə ulduz səfir Hacı Nuranın fikirlərini videogörüntüyə alıb.

O, bildirib ki, mayın 12-dən 22-dək İslamiada keçiriləcək və dünyanın 55 ölkəsindən atletlərin qatılacağı yarış da yüksək təşkilatçılığı ilə fərqlənəcək.

Səfir azarkeşləri bilet almağa, həmçinin milli komandalarımıza azarkeşlik etməkdə fəal olmağa çağırıb.

Oyunlara 500 min bilet satışa çıxarılıb. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilərlər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri yanaşı, yarışların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.

Bütün 170 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat arasında dəyişir. On altı yaşadək olan şəxslər 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaqlar. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq.


 

Digər xəbərlər