"Beşiktaş"da şok: 4 gündə 2 qırmızı vərəqə

"Beşiktaş"da şok: 4 gündə 2 qırmızı vərəqə
Futbol
19 Mart 2017 - 23:19
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 25-ci turunda "Antalyaspor"la oyunda xal itirən "Beşiktaş" daha bir xoşagəlməz məqamla üzləşib.

İstanbul klubunun kamerunlu futbolçusu Vinsent Abubakar qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Avropa Liqasında bu həftə "Olimpiakos"la qarşılaşmada "Beşiktaş"ın 25 yaşlı hücumçusu, "Antalyaspor" qarşısında da 90 dəqiqəni tamamlaya bilməyib.

60, 64-cü dəqiqələrdə iki sarı vərəqə ilə cəzalanan Abubakar, bununla 4 gündə 2 qırmızı vərəqə görüb.

Digər xəbərlər