İlham Zəkiyev: "Məndən bilet istəməyin, satmıram" - Video

İlham Zəkiyev: "Məndən bilet istəməyin, satmıram" - Video
İslamiada-2017, Digər, Eksklüziv, Video
19 Mart 2017 - 16:22
Supersport.Az "İslamiadanın ən yüksək səviyyədə təbliğatı" layihəsini davam etdirir.

Bu məqsədlə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının idmançı səfiri İlham Zəkiyevin fikirlərini videogörüntüyə alıb.

Cüdo üzrə ikiqat paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, dünya kubokunun, Avropa Oyunlarının qalibi azarkeşləri dəstəyə çağırıb:

"Bütün gücümüzlə möhtəşəm yarışa hazırlaşırıq. Mən də mübarizə aparacağam. Ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Bütün azarkeşləri dəstək olmağa, dua etməyə çağırıram. Yarışa 10 gün qalmış məndən bilet istəməyin, satmıram" (gülür).

Qeyd edək ki, oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılıb. Seçmə mərhələ və final üçün biletlər 2-3-5 manatdır. Açılış mərasimini izləmək istəyənlər üçün qiymət fərqlidir: 20, 50, 100, 200 manat. Bağlanışa biletlər 10, 20, 50, 100 manatdır. IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edirlər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

Digər xəbərlər