İslamiadaya biletlər satışa çıxarıldı - Foto

İslamiadaya biletlər satışa çıxarıldı - Foto
İslamiada-2017, Digər, Eksklüziv
19 Mart 2017 - 15:00
Supersport.Az-ın məlumatına görə, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına bilet satışına başlanılıb.  

Bu münasibətlə idmançı və ulduz səfirlərin – İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın iştirakı ilə xüsusi tədbir keçirilib. Tədbirdə tamaşaçılar idman sessiyalarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə ediblər.

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılıb. Seçmə mərhələ və final üçün biletlər 2-3-5 manatdır. Açılış mərasimini izləmək istəyənlər üçün qiymət fərqlidir: 20, 50, 100, 200 manat. Bağlanışa biletlər 10, 20, 50, 100 manatdır.

Qeyd edək ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edirlər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

Digər xəbərlər