Reynaldosuz komandası qələbəni xatırladı

Reynaldosuz komandası qələbəni xatırladı
Futbol
19 Mart 2017 - 00:44
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 25-ci turunda "Adanaspor" "Akhisar Bələdiyəspor"u məğlub edib.

Meydan sahiblərindən Maqaye Queye (4) və Ahmet Dərəli (64), qonaq komandadan Mustafa Yumlu (33) qol vurub. Qarşılaşmada Reynaldo iştirak etməyib. "Adanaspor" bu qələbədən sonra 20 xalla 17-ci pillədədir. Ağdəniz klubu 5 məğlubiyyətin ardından qalib gəlib.  "Akhisar Bələdiyəspor" 27 xalla 14-cüdür.

Qeyd edək ki, "Adanaspor" növbəti həftə səfərdə "Qalatasaray"la qarşılaşacaq.

Digər xəbərlər