"Neftçi"nin əfsanəvi oyunçusu futbolçulara barmaq silkələdi - Foto-Video

"Neftçi"nin əfsanəvi oyunçusu futbolçulara barmaq silkələdi - Foto-Video
Futbol, Eksklüziv, Video, Foto
18 Mart 2017 - 20:00
"Neftçi" üçün biz ölərik, siz döyüşün"



Supersport.Az "Neftçi" - "İnter" oyunundan maraqlı videogörüntü hazırlayıb.

Flaqmanın 80 illik yubileyi ilə əlaqdar olaraq 8-ci km stadionunda oyun saat 19:37-də başlayıb. "Neftçi"nin yaranma tarixi 1937-ci ildir.

Qarşılaşma başlamazdan əvvəl topa "Neftçi"nin sabiq futbolçularından Çingiz İsmayılov və Kazbek Tuayev toxunuş edib. SSRİ yığmasının keçmiş oyunçusu Tuayev zarafatından da qalmayıb. Mütəxəssis "Neftçi" futbolçularına barmaq silkələməklə yaxşı oyun göstərməyi tələb edib.

"Ağ-qaralar" Premyer Liqanın 23-cü turunun "İnter"lə görüşünə keçmiş illərdəki forması ilə başlayıb. Komandanın futbolçuları geyindikləri ənənəvi nömrələrlə deyil, klassik variantla meydana daxil olub. Oyunçular 1-dən 11-dək olan klassik nömrələrə üstünlük verib. Ehtiyat oyunçular da 12-dən 18-dək olan sırayla nömrələnib. Bu isə əvvəlki illərdə olan qaydaları xatırladır.

"Neftçi" rəhbərliyi kimi klubun azarkeşləri də oyuna xüsusi hazırlaşıblar. Tribunada "ağ-qaralar"ın tarixi ərzində ən yaxşı "11"-liyinin əks olunduğu böyük plakat açılıb və "dream team" (arzuların komandası) yazılıb. Bundan başqa, azarkeşlər "Biz varkən yıxılmaz "Neftçi", "Aşiqik cümlə aləm bilsin", "Neftçi" üçün biz ölərik, siz döyüşün", "Xəyallarımızla deyil, ürəyinizlə oynayın" və s. sözlər yazılmış plakatlar açıblar.

Digər xəbərlər