U-21 və U-23 yığmalarımızın Bakıda təlim-məşq toplanışı olacaq

U-21 və U-23 yığmalarımızın Bakıda təlim-məşq toplanışı olacaq
Futbol
17 Mart 2017 - 23:09
Martın 20-dən 25-dək Bakıda futbol üzrə U-21 və U-23 yığma komandalarımızın təlim-məşq toplanışı keçiriləcək.

Supersport.Az AFFA-ya istinadla xəbər verir ki, U-21-in toplanışına Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), Eltun Turabov, İlyas Səfərzadə, Mahir Mədətov (hər üçü “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Fərid Kərimzadə, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Qismət Alıyev (“Qəbələ”), Oleq Hüseynov,

Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Səbuhi Əliyev, Fərid Abbaslı, Renat Aşurov (hamısı AZAL), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Ozan Can Kokcu (“Feyenord”, Hollandiya) və Mustafa Özhitay (“SSV Ulm 1846”, Almaniya) dəvət olunublar.

U-23 yığmasına Azər Salahlı, Kamran Abdullazadə, Nicat Muxtarov, Mirabdulla Abbasov (hamısı “Sumqayıt”), Məqsəd İsayev, Maksim Vaylo, Rahil Məmmədov (hamısı “Neftçi”), Sadiq Quliyev, Vüqar Mustafayev, Adil Nağıyev, Vüsal İsgəndərli (hamısı “Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev (hər ikisi AZAL), Şahrudin Maqomedaliyev, Elşən Abdullayev (hər ikisi “Qarabağ”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Tellur Mütəllimov (“Qəbələ”), Abbas Hüseynov (“İnter”) və Emil Balayev (“Səbail”) çağırılıblar.

Digər xəbərlər