Hacı Əliyev: "Onlar olimpiya, dünya çempionları olacaqlar"

Hacı Əliyev: "Onlar olimpiya, dünya çempionları olacaqlar"
İslamiada-2017, Digər, Güləş
16 Mart 2017 - 08:10
"İslamiadanın idmançı səfiri seçilməyimə çox sevinirəm. Master-klass keçdiyim yeniyetmələr xoş təsir bağışladılar. Ümid edirəm ki, gələcəkdə onlar olimpiya, dünya çempionları olacaqlar".

Supersport.Az-a açıqlamasında 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev belə deyib.

Tanınmış pəhləvan qarşıdakı yarışlara iki fərqli heyətin hazırlaşdığını vurğulayıb:

"Avropa çempionatı və İslamiada arasında çox az vaxt var. Ona görə hər yarışa fərqli komanda hazırlaşır. Əsas heyətimiz IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq. Yığma komandamız qələbə qazanmaq üçün bütün gücündən istifadə edəcək".

Qeyd edək ki, sərbəst güləş üzrə milli komandamız iki həftə Rusiyanın Kislovodsk şəhərində hazırlıq keçəcək.

Süleyman Kərimov

Digər xəbərlər